Zeynəb Xanlarovanın Milli Məclisə gəlməməsinin səbəbi açıqlandı

15.11.2019 - 11:50

32“Son illərdə parlamentin iclaslarına davamlı olaraq qatılmayan deputat yoxdur. Hər bir deputat iclaslara qatılır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

Komissiya sədri bildirib ki, Milli Məclisin deputatları parlamentin iclaslarına davamlı gəlməsələr, bununla bağlı İntizam Komissiyası ölçü götürür: “Elə deputatlarımız var ki, beynəlxalq təşkilatların üzvləridirlər. Məsələn, məni götürək. Beynəlxalq Olimpiya Komitəsinin üzvüyəm. Hazırda komitənin iclası keçirilir və mən də iclaslara qatılmaq üçün Yunanıstanın Olimpiya şəhərindəyəm. Bu iclas 4 ildən bir keçirilir. Deputatların bir çoxu üzrlü səbəblərə görə parlamentin iclasılarına qatıla bilmirlər. Yoxsa hansısa deputatın evdə oturub iclaslara qatılmaması deyilən bir şey yoxdur”.

Ağacan Abıyev Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın parlamentin komitə və plenar iclaslarına qatılmamasına da aydınlıq gətirib: “Zeynəb Xanlarova plenar iclaslara qatılır. Hansısa iclasa qatılmırsa, bu da sağlamlığına görə olur. Təbii ki, sağlamlıq məsələlərində kiməsə töhmət verilmir. Bu məsələlər qanunla tənzimlənir”.

Qeyd edək ki, Zeynəb Xanlarova parlamentin dünən keçirilən plenar iclasına da qatılmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136530

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930