Yevlaxda evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb

15.11.2019 - 12:20

Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan “Cümhuriyyət”ə verilən xəbərə görə, noyabr ayında Yevlax rayonunun bir qrup sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayəti işi başlanılıb, araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136537

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930