Dövlət qurumlarının bacarmadığı bu biznesin arxasında kim durur?

20.11.2019 - 17:00

“2018-ci ilin aprel ayından etibarən bütün parklanma yerləri, dayanacaqlar və s. Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Bakı Şəhər İcra Hakimiyyətində (BŞHİ) parklanmaya cavabdeh qurum ləğv olunub”.

Bunu “AzPolitika.info”-nun informasiya sorğusuna cavabında BŞİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov bildirib.

mais-agayevXatırladaq ki, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş bütün parklanma yerləri, hansı ki, parklanma üçün müvafiq nişanlar da qoyulub, həmin yerlərdə avtomobilləri park etmək olar və bu da ödənişsizdir.

M.Ağayev qeyd edib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də, hələlik tariflər müəyyənləşməyib: “Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.

M.Ağayev qeyd edib ki, tariflər müəyyənləşənədək küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslərin, yaxud təşkilatın fəaliyyəti tam qanunsuzdur. Hətta qanunsuz ödənişlərlə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquq-mühafizə orqanlarına, prokuroluğa da müraciət edilib.

Qeyd edək ki, hazırda paytaxtın əsas yerlərində ödənişli parklanma xidməti davam etdirilir. Məsələn, 28 May metrostansiyasının qarşısında sürücülərdən bir saatlıq xidmət qarşılı20191120_162341ğında 1 manat alınır və müvafiq çek təqdim olunur. Avtomobilin dayanma saatı artdıqca, qiymətlər də yüksəlir.

Parklanma xidmətində çalışanlardan biri “AzPolitika.info”-nun əməkdaşına bildirib ki, onlar ASA Holdinqin əməkdaşlarıdır: “Mən ayda 400 manat əməkhaqqı alıram. Şirkətlə əmək müqaviləm də var. Bütün işçilər terminallarla təmin olunublar, hər axşam toplanan vəsait şirkətin rayonlar üzrə müvafiq rəhbər şəxsinə təqdim olunur”.

Məsələ ilə bağlı araşdırma aparan jurnalist Elməddin Muradlı bildirib ki, adı çəkilən qurum Asəf Qurbanov adlı şəxsin şirkətidir.

“O vaxt Bakı Şəhər İcra Hakimiyyəti 100-dən cox parkinqi müqavilə ilə həmin şirkətə verib. İndi də deyirlər ki, bizdən həmin parkinqləri təhvil alan yoxdur. Yəni sorğu-sual edən yoxdur, onlar da hər yerdə işləyirlər”, – deyə Elməddin Muradlı bildirib.

İnternet resurlarında apardığımız araşdırma zamanı məlum oldu ki, şirkət “İSGƏNDƏR ASA PARKİNG” Məhdud Məsuliyyətli Cəmiyyət” adı ilə vergi qeydiyyatından keçib.

скачанные файлы

Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, əgər bu barədə müraciət daxil olursa, məsələ mütləq araşdırılır. “Əgər vətəndaşların dayanma-durma ilə bağlı müraciətlərinin işlənməsindən söhbət gedirsə, sözsüz ki, 1 manat alan şəxs barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görmək üçün hadisə yeri barədə məlumat alınıb həmin ərazi barədə polis idarələrinə məlumat verilir.

vaqif esedovƏgər kimsə qanuni parklanma yerində dələduzluq edirsə, alınan məbləğin böyük-kiçikliyindən asılı olmayaraq, bununla bağlı aidiyyatlı yerli polis şöbələrinə məlumat verilir. Müraciət əsasında tədbir görülür. Dayanma-durma yerlərinə nəzarəti BNA edir. Kimsə dələduzluq edirsə, bizə deyirlərsə, mütləq tədbir görüləcək”, – deyə Vaqif Əsədov bildirib.

Məsələ ilə bağlı Vergilər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov bildirib ki, adıçəkilən şirkət eyni adlı holdinqin tərkibindədir.
“Bir neçə müəssisələri var. (https://www.isgender-asaholding.org/) Bu fəaliyyətin qanuni olub-olmaması barədə bu dəqiqə heç bir şey deyə bilmərəm. Məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək”, – deyə nazirlik rəsmisi bildirib.

Təqdim olunan məlumatlardan göründüyü kimi, Bakıda parklanma yerləri bilavasitə Bakı Nəqliyyat Agentliyinin tabeliyində olsa da, bu sahəyə adıçəkilən qurum nəzarət edə bilmir. Bu işlə “ASA Holdinq” adlı biznes şəbəkəsi məşğul olur və onun fəaliyyəti tamamilə qanunsuzdur.

Çünki BNA əməkdaşının dediyi kimi, parklanma ilə bağlı dövlət tarifləri yoxdursa, ASA hansı əsaslarla sürücülərdən pul yığır? Müvafiq dövlət qurumları hər gün yüzminlərlə manat dövriyyəsi olan qanunsuz sahibkarlığa necə göz yumur? BNA əməkdaşı bildirir ki, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Amma bir ildən artıqdır vəziyyət dəyişmir, sürücülərdən qanunsuz pul yığımı davam edir.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136886

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031