“WhatsApp-ı telefonlarınızdan təcili silin…” – “Telegram” messencerin qurucusu

21.11.2019 - 12:08

306503_res_01“Telegram” messencerinin əsasını qoyan Pavel Durov mobil telefon istifadəçilərini öz telefonlarından “WhatsApp” messencerini silməyə çağırıb.

Bu barədə məşhur “Forbes” jurnalı xəbər. Durov belə bəyanatla WhatsApp proqramında növbəti dəfə “əlçatanlıq” aşkar edilməsindən sonra çıxış edib.

Pavel Durovun bildirdiyinə görə, əgər istifadəçilər fotoşəkillərinin və yazışmalarının başqalarının əlinə keçməsini istəmirsə o zaman telefonlarından WhatsApp-ı silməlidir. Çünki WhatsApp daim istifadəçilərin yazışmalarını, hərəkətlərini, fotoşəkillərini izləmək üçün “Troya atı” kimi istifadə edilir. Hətta istifadəçilər WhatsApp üzərindən yazışmasalar belə.
“Bu istifadəçilərin nəyinə lazımdır? Facebook hələ WhatsApp-ı almazdan əvvəl casus proqramlarında iştirak edib. Şirkətin sövdələşmədən sonra öz siyasətini dəyişdiyini düşünmək sadəlövhlük olardı”,-Durov deyib.

Durov WhatsApp-ın əsasını qoyan Brayan Ektonun ötən il “Forbes” jurnalının ABŞ redaksiyasına müsahibəsini də xatırladıb. Ekton deyib ki, Facebook öz istifadəçilərinin konfidensiallığını “böyük pullar əvəzində” satıb.

Qeyd edək ki, bu günlərdə Hindistanın kibertəhlükəsizliklə məşğul olan CERT-İn agentliyi WhatsApp proqramında istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə imkan verən əlçatanlıq aşkar edib. Məlum olub ki, hakerlər WhatsApp üzərindən istifadəçiyə MP4 formatda fayl göndərməklə onun telefonuna casus proqramını yükləyə bilər.

Bundan əvvəl də WhatsApp proqramının bir sıra ölkələrdə hüquq müdafiəçilərini və jurnalistləri təqib etmək üçün istifadə edildiyi müəyyən olunmuşdu. Bəlli olmuşdu ki, əgər istifadəçinin telefonunda WhatsApp varsa onun istənilən hərəkətini, yazışmalarını, telefon danışıqlarını izləmək mümkündür. (virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136915

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930