“Silahı çəkib bloka girirdim” – Brilliant

12.12.2019 - 15:35

“1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gələn kimi birinci məni işdən çıxartdı. Ən çətin dövr idi. Məəttəl qaldım! Mən də mübarizə aparırdım. Sovetin dövründən mən “Haydi-haydi ər igidlər, birləşin daha”, Şaumyanın, XI Qızıl Ordunun heykəlinin qarşısında “baş kəsənin büstünə bax” demişəm. Bunlara görə Sovet dövründə töhmət almışam. İndi də AXC birinci məni çıxartdı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” proqramına qonaq olarkən deyib. Məşhur müğənni AXC-nin hakimiyyəti dövründə qarşılaşdığı çətinliklərdən söz açıb:

“Televiziyadan 100-150 manat maaş alırdım, çətin vəziyyət idi. Evdə balaca uşağımız var idi. Bu dövrdə məni işsiz qoydular. Daha sonra Ulu öndər Heydər Əliyev gəldi və kanalın yeni rəhbərinə tapşırıq verdi ki, AXC kimi işdən çıxarıbsa, geri çağırın. Ağlaya-ağlaya televiziyaya getdim. Açıq danışacam, Türkiyə vətəndaşı olmuşdum, artıq Azərbaycandan köçməyi planlaşdırırdım. Heydər Əliyevdən sonra bu qərardan daşındım”.

Sənətçi 90-ci illərin əvvəlində üzərində silahla gəzdiyini də etiraf edib: “O dövrdə çantamda silahla gəzirdim. Çünki binanın blokuna silahsız girmək olmazdı. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib içəri girirdim. Hər addımda qabaqkəsmək, oğurluq, adam öldürmək olurdu”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138589

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930