Şri-Lanka konsulluğu 3 tələbənin yanğında ölməsi ilə bağlı məlumatlandırılıb

10.01.2020 - 16:30

Qərbi Kaspi Universiteti şri-lankalı 3 tələbənin Bakıda baş verən yanğında ölməsi barədə Şri-Lankanın Dubaydakı konsulluğunu məlumatlandırıb.

Bu barədə universitetdən bildirilib.

Şri-Lankanın Azərbaycanda diplomatik nümayəndəliyi olmadığına görə bu ölkənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu ilə əlaqə saxlanılıb.

“Konsulluqdan cavab gözləyirik”, – deyə Qərbi Kaspi Universitetindən bildirilib.

Qeyd edək ki, yanvarın 10-da paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə Şri-Lanka vətəndaşları olan 3 qız – Malsha Sandeepani, Tharuki Amaya, Tausi Jayavodi tüstüdən zəhərlənərək ölüb. Onlar Qərbi Kaspi Universitetinin tələbələri olub.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=140529

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031