MSK DSK-nın qərarını ləğv edib

15.01.2020 - 16:57

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 1 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MSK katibi Arifə Muxtarova bildirib ki, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib.

MSK katibinin sözlərinə görə, R. Abbasov müraciətində qeyd edib ki, Dairə seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140849

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031