4 uşaq anası olan azərbaycanlı qadın güllələnib – Son nəfəsdə qatilin adını deyib – FOTO

10.07.2020 - 11:49

Türkiyənin Konya şəhərində Azərbaycan əsilli qadını öldürməkdə ittiham olunan şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, qətli törədən Rahim Aracı 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Aracıya “6136 saylı Qanuna müxaliflik” ittihamı ilə 1 il 6 ay həbs cəzası da verilib.

Xatırladaq ki, hadisə 2018-ci ilin iyulun 24-də Konyanın Fevzi Çakmak məhəlləsində baş verib. Ərindən boşanan üç uşaq anası Sahibə Yükselir hadisədən bir gün əvvəl – iyulun 23-də evli olan sevgilisi Rahim Aracının iş yerinə gedib.

Orada azərbaycanlı qadınla Aracı arasında mübahisə düşüb. Mübahisə qısa zamanda cütlük arasında davaya çevrilib. Olaya polis müdaxilə etsə də tərəflər bir-birlərindən şikayətçi olmayıblar. Lakin bir gün sonra Rahim Aracı iş yerinə gedərkən avtomobilində yenə S.Yükselirlə mübahisə edib.

O, avtomobilində gəzdirdiyi tapança ilə azərbaycanlı qadına səkkiz dəfə atəş açaraq hadisə yerindən qaçıb. Olay yerinə gələn polislərə ağır yaralı olan Sahibə “Məni Rahim vurdu” deyib. Qadın xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149617

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031