Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanılıb

20.08.2020 - 11:08

Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G.Həsənova və R.Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan 3 ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=152629

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930