Lukaşenko səslərin yenidən sayılmasını təklif edən səfiri diplomatik rütbəsindən məhrum edib

01.09.2020 - 10:29

Belarusun İspaniyadakı səfiri Pavel Pustovoy prezident Aleksandr Lukaşenkonun fərmanı ilə rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün diplomatik rütbəsindən məhrum edilərək vəzifəsindən azad edilb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Pavel Pustovoy rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsindən məhrum edilib. Həmçinin Pustovoy Belarus Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Dünya Turizm Təşkilatındakı Daimi Nümayəndəsi vəzifəsindən azad edilib”, – məlumatda deyilib.

Qeyd edək ki, Pustovoy bundan əvvəl “Facebook” hesabında respublikadakı vəziyyətin sülh yolu ilə həlli üçün prezident seçkilərində verilən səslərin yenidən sayılmasının tərəfdarı olduğunu söyləmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153304

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930