Küçənin ortasında kürəyinə paslı bıçaq saplanmış körpə tapıldı – FOTO

11.09.2020 - 10:07

Evinə yollanan kişi küçədə körpə ağlamağının səsini eşidib, ətrafına boylandıqda səsin polietilen torbadan gəldiyini anlayıb. Kişi yaxınlaşıb bükülünü açıb və gördüyü mənzərədən dəhşətə gəlib: paketin içində üzərində çoxlu kəsik yaraları olan, kürəyinə isə paslı bıçaq saplanmış uşaq olub.

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Argentinada baş verib.

Bildirilir ki, 31 yaşlı idman müəllimi körpəni qucağına alaraq dərhal yaxınlıqdakı polis məntəqəsinə çatdırıb. Körpə oradan da xəstəxanaya aparılıb və təcili terapiya edilib.

Məlum olub ki, körpə cəmi iki günlükdür. Balacanın bədənində çoxlu kəsik yaraları olub, ancaq daxili orqanlarına zərər dəyməyib. Onun vəziyyəti hazırda stabildir.

Qızcığaza tərcümədə ümid mənasına gələn Esperansa adı verilib.

Körpənin anası artıq müəyyən edilib və saxlanılıb. Bildirilir ki, qadın uşağı dünyaya gətirəndən sonra xəstəxananı tərk edib. Onu hansı cəzanın gözlədiyi isə hələ məlum deyil.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153972

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930