“Deyirlər, Ağdam alındı, nə vaxt ailə quracaqsan?” – Müğənni Günel

04.12.2020 - 14:47

“Hər kəs məndən soruşur ki, siz Ağdam alındıqdan sonra ailə quracağınızı demisiniz. Bu, qismətdir və inşallah qarşıma həyatımı birləşdirəcək insan çıxsa, evlənəcəm”.

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni Günel Zeynalova şəxsi “İnstagram” hesabında izləyəcilərinin suallarını cavablayarkən deyib. O, ailə qurmamasının səbəbini soruşan izləyicisinə isə əsəbiləşib:
“Fikirləşirəm ki, evlənmək xətrinə evlənmək olmaz. Məncə, insan sevib, ailə qurmalıdır. İnşallah, qismət nə zaman olacaqsa, onda da ailə quracağam. Mənim subay olmağım sizi niyə narahat edir?! Məndən nə istəyirsiniz? Ürəyim nə vaxt istəsə, o vaxt da evlənəcəyəm”.
Günel Türkiyədə yaşasa da, vətəndaşlıq almadığını bildirib:

“Təəssüf ki, Türkiyə vətəndaşı deyiləm, inşallah olaram. 23 ildir ki, burada yaşayıram və dostlarım da buna təəccüblənirlər. Amma bu il vətəndaşlıq alacağam”.

Müğənni Qarabağdan ev almaq arzusundan da bəhs edib:
“Ağdam və Şuşada evimin olmasını istəyirəm. Oraya istirahət etməyə gedəcəyəm. Amma bir dəfəlik Bakıya köçməyi düşünmürəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158012

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930