Soltan Məmmədov: “Əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”

28.12.2020 - 15:43

Milli Məclisin plenar iclasında çıxış edən deputat Soltan Məmmədov səhiyyə sahəsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycanda səhiyyənin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması dövlətin xüsusi önəm verdiyi prioritet sahələrdən biridir:

“Bu gün ölkənin bir çox rayonlarında yüksək standartlara cavab verən xəstəxanalar qurulub. Gənc həkimlərimizə təcrübələrini, biliklərini artırmaq üçün Avropanın inkişaf etmiş ölkələrində təhsillərini davam etdirmək imkanı yaradılıb. Bu gün tibbi təhsilin inkişafı, müasir dünya standartlarına uyğunlaşdırılması, yaradılan tibb müəssisələrinin yeni reallıqları nəzərə almaqla, peşəkar mütəxəssislərlə təmin olunması qarşımızda duran əsas vəzifələrdəndir. Çünki müasir tipli xəstəxanalarda keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yüksək səviyyəli peşəkarlara ehtiyac yaranır”.

Deputat 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə fəaliyyət göstərən xəstəxanaların əhəmiyyətini və bu xəstəxanalarda çalışan tibb işçilərinin fədakarlığını xüsusi vurğulayıb:

“Bir çox cəbhəyanı rayonlarda müasir tələblərə cavab verən xəstəxanalarımızın olması yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar yaratdı. Bu xəstəxanalarda çox çətin cərrahiyyə əməliyyatları zəruri avadanlıqlar, yüksək səviyyəli mütəxəssislərimiz sayəsində uğurla həyata keçirilirdi. Qeyd edim ki, dövlət və özəl tibb müəssisələrində çalışan onlarla mütəxəssis yüksək vətənpərvərlik nümunəsi göstərərək könüllü olaraq, yaralı əsgərlərimizə xidmət göstərən xəstəxanalarda fəaliyyətlərini davam etdirdilər. Bu gün bütün bəşəriyyət üçün bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmiz də ciddi problemlərlə üzləşib. Həkimlərimizin fədakarlığı, vətəndaşlarımızın hökumətimizin həyata keçirdiyi siyasətə dəstək olması nəticəsində vəziyyət düzgün idarə olunur”.

S.Məmmədov hesab edir ki, dövlətin səhiyyə siyasətini həyata keçirən qurum kimi Səhiyyə Nazirliyi, icbari tibbi sığortanın tətbiqini təmin edən Dövlət Agentliyi və tibbi xidmətlərin təşkilinə məsul TƏBİB-in birgə səyləri səhiyyə sahəsində qarşıda duran bütün vəzifələri uğurla icra etməyə imkan yaradacaq: “Həmkarlarımı bu həssas mövzuya toxunarkən dəqiq məlumatlara əsaslanmağa, əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158980

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031