Azərbaycanda ŞOK: boşanmış ər-arvad saxta adlarla yenidən tanış oldu – Sonra GÖRÜN NƏ BAŞ VERDİ

04.05.2021 - 10:49

 

Azərbaycanda ŞOK: boşanmış ər-arvad saxta adlarla yenidən tanış oldu - Sonra GÖRÜN NƏ BAŞ VERDİ

 

Feysbuk sosial şəbəkəsindəki “Huquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.

Bu barədə tanınmış vəkil Aqil Layic məlumat verib.

O qeyd edib ki, boşanmış ər və arvad “Huquqşünaslar” qrupunda saxta adlarla vəkillərdən məsləhət alıb, bu əsnada həmin profillərlə tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:

“Ər-arvad boşanmışdılar. Hər ikisi də feyk profillərlə qrupda gecə-gündüz hüquqi suallar yazırdılar və məsləhət alırdılar. Amma bir-birini tanımırlar. Yenidən feyk profillə tanış olurlar və adlarını hər ikisi səhv deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə, bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real dava düşür”.

“Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi, hər ikisi də iddia edirdi ki, o, qrupa layiq deyil”, – vəkil bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163079

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930