Sosial şəbəkələrdə görüntüləri yayılan şəxs həbs edildi – VİDEO

04.08.2021 - 17:47

 

Sosial şəbəkələrdə görüntüləri yayılan şəxs həbs edildi - VİDEO

 

Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən video yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, həmin görüntülər barədə Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb. Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb.

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib. Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031