Azərbaycana qaçaqmalçılıq yolu ilə tütün, dərman və civə gətirənlər saxlanıldı

02.09.2021 - 18:46

 

Azərbaycana qaçaqmalçılıq yolu ilə tütün, dərman və civə gətirənlər saxlanıldı

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 7 fakt üzrə tütün məmulatlarının, dərman preparatlarının və kimyəvi maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn DAF, 3 ədəd “Mersedes Benz” və 3 ədəd “Scania” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 11 400 ədəd müxtəlif markalı siqaret, 22 qutu dərman və 138 qram civə aşkar edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031