cumhuriyyet.net
Nazirlik hərbçilərimizin mülki ermənilərə atəş açması xəbərini TƏKZİB ETDİ • Cumhuriyyət
Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bu xəbəri qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.
nesimi