“Meymunçiçəyi” Rusiyaya da çatdı – İlk yoluxma

12.07.2022 - 14:14

Rusiyada “meymunçiçəyi” virusuna ilk yoluxma faktı təsdiqlənib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”dan bildirilib.

Məlumata görə, infeksiya Avropaya səfərdən sonra ölkəyə qayıdan rusiyalıda aşkar edilib. Həmin şəxs Avropadan qayıtdıqdan sonra xəstəliyə xas olan səpgi ilə əlaqədar həkimlərə müraciət edib.

“Rospotrebnadzor” qeyd edib ki, xəstənin təmas dairəsi məhduddur, mütəxəssislər yoluxmuş şəxslə təmasda olan hər kəsin vəziyyətini diqqətlə izləyirlər. Onun xəstəliyi yüngül formada keçir, həyatı üçün təhlükə yoxdur.

“Epidemioloji araşdırmanın vaxtında başlanması ilə əlaqədar infeksiyanın daha da yayılması ehtimalı dayandırılıb. Vəziyyət “Rospotrebnadzor”un ciddi nəzarəti altındadır”, -deyə idarədən bildiriblər.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının (RAA) akademiki, tibb elmləri doktoru, epidemioloq Vadim Pokrovski ruslar arasında təcrid olunmuş yoluxma hallarının iyul və ya avqust aylarında aşkar ediləcəyini proqnozlaşdırmışdı. O qeyd edib ki, xaricdən qayıdanlar arasında infeksiyalar olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178381

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930