Anasına işgəncə verən oğul polisə çağrıldı – RƏSMİ

23.09.2022 - 15:44

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 90 yaşlı qadının oğlu və gəlini tərəfindən şiddətə məruz qalması ilə bağlı məlumat yayıb.

Qurumdan Cumhuriyyet.az-a bildirilib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb:

“Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır”.

Rəsmi məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.

Short URL: https://www.cumhuriyyet.net/?p=182485

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728