Bakıda keçmiş qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərib? – AÇIQLAMA + VİDEO

17.11.2022 - 23:59

Bakıda “karqo şirkətindən gəlmişik” deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb.

Cumhuriyyet.az-ınXezerxeber.az-a istinadən məlumatına görə, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib.

Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, “oğlum, sənə hədiyyə göndəriblər” deyib. Ev sahibi isə qapını açmayıb.

Vəziyyətdən şübhələnən Ceyhun Cəfərzadə dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçiriblər.

Sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizliyi təmin etməklə qumbaranı mənzilin qarşısından götürüblər. Polis isə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ceyhun Cəfərzadə iddia edir ki, qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramov göndərib.

Məsələ ilə bağlı adıçəkilən Tiflisxan Bayramovla əlaqə saxladıq. O, barəsində səslənən iddiaların əsasız olduğunu dedi.

Ceyhun Cəfərzadənin keçmiş qayınatası onu da bildirib ki, bu işə görə polis onu çağırıb və izahatını alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185156

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031