AzTV Bakı Nəqliyyat Agentliyini tənqid etdi, Nazirlər Kabineti yeni səlahiyyət verilib

05.07.2019 - 00:51

Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan “Nəsillərin debatı” proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilib. İyun ayının 27-də efirdə yayımlanan proqramda Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti tənqid hədəfinə çevrilib və qurumun məsul əməkdaşlarının üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədikləri bildirilib. Verilişin aparıcısı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarını sözügedən proqrama dəvət etdiklərini, ancaq dəvətdən boyun qaçırdıqlarını və telefon zənglərinə belə cavab vermədiklərini vurğulayıb.
Həmin çıxışın görüntülərini təqdim edirik:

Marqlıdır ki bunun ardınca dünən Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib. APA-nın məlumatına görə, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.

Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.

İndiyə qədər müfəssəl planlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və layihə tapşırığında qeyd olunan orqan və qurumlarla razılaşırılmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031