Yüksək vəzifəyə təyin olunan Vasif Eyvazzadə kimdir? – DOSYE

19.08.2020 - 16:46
Bu gün Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmri ilə Vasif Eyvazzadə Aparat rəhbəri təyin edilib. 
Anews.az xəbər verir ki, Vasif Eyvazzadə bu vəzifədən əvvəl nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Məlumat üçün bildirək ki, Vasif Rasif oğlu Eyvazzadə 19 avqust 1985-ci ildə Astara rayonunda anadan olub.  Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə 2002–2006-cı illərdə bakalavr, 2006–2008-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2013–2016-cı illərdə Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi ixtisası” üzrə ikinci ali təhsil alıb, daha sonra 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetinin Humanitar Elmlər Fakültəsinin Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun “Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2009–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatiya Akademiyası, Avropa İttifaqı və Britaniya Şurasının birgə təşkil etdiyi “Beynəlxalq danışıqları aparma bacarıqları”, “Beynəlxalq idarəetmə bacarıqları”, “İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar” üzrə kurslarını, 2019-cu ildə isə SKOLKOVO Moskva Menecment Məktəbinin “Dövlət sektorunda rəqəmsal transformasiyalar və innovasiyalar” kursunu bitirib. 2012-ci ildən AMEA-nın dissertantıdır.
Vasif Eyvazzadə 2006-cı ilin sentyabr–dekabr aylarında Mədəniyyət və Turizm Nazirliyini Elmi Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, dekabr 2006–may 2009-cu illərdə isə Mədəniyyət və Turizm Nazirliyini  Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi vəzifələrini icra edib. O, may 2009–yanvar 2010 və iyul 2011–mart 2012-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, mart 2012 – aprel 2018-ci illərdə isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub.

Vasif Eyvazzadə iyun 2018-ci ildən Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini və Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri və 2016-cı ildən Azərbaycan Respublikasının İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı üzrə Milli Komissiyasının baş katibidir.  Mədəniyyət Nazirliyində yaradıcı sənayelərin inkişafı üzrə işçi qrupun rəhbəridir. 2018-ci ilin 26 iyun tarixindən Azərbaycan Respublikasının Baş Nazirinin müvafiq qərarı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Koordinasiya qrupunun üzvüdür.
www.anews.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152586

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930