Karantinin davam etdiyi bölgələrdə 190 manat veriləcəkmi?

02.09.2020 - 10:41

Nazirlər Kabinetində hələ ki dəqiq cavab yoxdur…

Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi sentyabrın 30-na kimi uzadılıb. Həmçinin virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılıb. Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər hələ də qalmaqdadır. İri ticarət mərkəzləri və “Mallar”ın fəaliyyətinə qoyulan qadağaların hələ də qaldığını, toyların keçirilməsinə icazə verilmədiyini nəzərə alsaq, bu hələ də yüzminlərlə insanın işsiz qalması deməkdir. Bəs görəsən, karantinin davam etdiyi Bakı, Sumqayıt və Abşeronda sentyabr ayında da 190 manat birdəfəlik müavinət veriləcəkmi?

 

Mövzu ilə bağlı “Yeni Müsavat”ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi ki, hələ ki onda sentyabrda 190 manatın veriləcəyi ilə bağlı bir məlumat yoxdur.

Əmək kitabçaları dövriyyədən niyə çıxarılmır? - Fazil Talıblı AÇIQLADI -  Unikal.org

Fazil Talıblı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı da “Yeni Müsavat”a açıqlamasında təmsil etdiyi qurumun Nazirlər Kabinetinin qərarları icra etdiyini vurğuladı və bu barədə qərarın NK tərəfindən verilə biləcəyini diqqətə çatdırdı.

Samir Əliyev: "Üzən məzənnə" rejiminə keçid məqsədəuyğun deyil"

Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bizdə hələ karantin rejimi tam aradan qalxmayıb və hökumət sentyabr ayının sonuna kimi karantini uzatdı: «İndi sual ortaya çıxır ki, dövlətin maliyyə yardımı davam  etməlidirmi? İndi əksər iş yerləri açılıb və ehtimal var ki, növbəti mərhələdə də bir çox yerlər açılsın. İndi elə işsizlər var ki, onlar pandemiyadan asılı olmayaraq işsiz olublar, bəziləri isə özəl sektorda çalışdıqları üçün pandemiya səbəbindən işsiz qalıblar. Bu məsələdə hökumətin həssas yanaşması olmalıdır və insanlara yardım edilməlidir”.

İqtisadçının sözlərinə görə, problemin başqa bir tərəfi isə bir çox insanların bu günə qədər ümumiyyətlə 190 manatı ala bilməməsidir: “Səbəb də məlum deyil, almalı olduqları halda imtina cavabı  gəlib. Dövlət bundan hansı əsaslarla imtina edib, məlum deyil. Qoyulan kriteriyaların hər birinə uyğun gələn şəxslərin bəzilərinə 190 manat düşüb, bəzilərinə isə yox. Hazırda dövlət karantini davam etdirir, bizi nə gözlədiyini isə bilmirik. İkinci dalğanın olacağı da ehtimal olunur. Bu halda yenidən sərt qapanma başlana bilər. Bu mənada dövlət yenidən dəstəyi artırıb insanlara kömək etməlidir”.

S.Əliyev onu da vurğuladı ki, kartdan vəsaiti çəkməyən insanların hesabından 190 manatın silinməsi də doğru deyil: “Artıq insanlar qorxurlar və pul gələn kimi gedib onu kartdan çıxarırlar. Burada başqa nüanslar var. Əgər pul kartla verilirsə və hökumət nağdsız ödənişləri stimullaşdırmağa çalışırsa, o zaman necə kartdan pulu çıxartmadıqları üçün vəsaitləri geri çəkə bilərlər. İnsan  kartda saxlayıb, sonradan alış-veriş zamanı kartla ödəniş edəcək. Hökumət bununla nağdsız ödənişləri stimullaşdırmalıdır. Pulun silinməsi isə o deməkdir ki, əhalini dərhal bankomata qaçıb pulu çıxartmağa vadar edirlər.  Bundan başqa, bir məqam da odur ki, hökumətin açıqlamasına görə, həmin yardımı digər bankların bankomatından çıxararkən komission xərci tutulmamalıdır. Ancaq digər bankdan pulu çıxaranlar komission haqlarının tutulduğunu deyirlər. Kütləvi olmasa belə bu cür hallar da var. Bunun qarşısı alınmalıdır ki, insanlar əziyyət çəkməsinlər”.

Samir Əliyev qeyd etdi ki, 190 manatın özü də insanların aylıq ehtiyaclarının ödənilməsi baxımından sual doğurur: “Ötən ay statistika açıqlandı ki, Azərbaycanda 2020-ci ilin birinci yarısında adambaşına istehlak xərcləri  365 manat  olub. Bu isə o deməkdir ki, 190 manat insanın aylıq xərcindən 2 dəfə azdır. Bizdə yaşayış minimumu, istehlak səbətinin həcmi hökumətin elan etdiyindən yüksəkdir, ən azı 400 manatdır. 190 manat işləməyən insanların minimum tələbatını ödəmək üçün verilirsə, çox azdır. Bir problem 190 manatın əlçatanlığı ilə bağlı oldu, digəri isə məbləği ilə bağlı. Hökumət bu məsələlərə diqqəti artırmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153384

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930