Tofiq Yaqublu ilə bağlı yeni xəbərlər

11.09.2020 - 10:16

Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu 9-cu gündür aclığı davam etdirir. Sentyabrın 10-da Tofiq Yaqublunun ailə üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşə gedib. Lakin təcridxana rəhbərliyi ailəni Tofiq Yaqublu ilə görüşə buraxmayıb. 

“Bizə deyirlər ki, Tofiq Yaqublu ilə yalnız tək-tək görüşə bilərsiniz. Səbəb kimi koronavirusa yoluxma riskinin olmasını göstərirlər. Amma biz onunla şüşə arxasında görüşürük. Onunla canlı təmasda olmuruq. Atam 9 gündür aclıq edir, halsızdır, səhhəti ağırlaşıb. İndi o, ailə üzvünün hər biri ilə ayrı-ayrılıqda görüşmək durumunda deyil. Təcridxananın rəhbəri ilə görüş istəmişik, onunla da görüş təşkil etmirlər ki, şikayətimizi edək”- Tofiq Yaqublunun qızı Nigar Həzi mətbuata açıqlamasında belə deyib. Tofiq Yaqublunun aclıq aksiyasını dəstəkləmək məqsədilə Müsavat Partiyasının qərargahında 4 fəal aclığı davam etdirir. Onların qan təzyiqi aşağı düşüb, başgicəllənmələri yaranıb.

Nigar Həzi doğum gününü » AzərTaym İnformasiya Portalı

Nigar Həzi

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, aclıq aksiyasına qoşulmaq üçün çoxsaylı fəal müraciət etməkdədir: “Lakin partiyanın qərargahında hələ yalnız 4 nəfər üçün aclığı davam etdirməyə imkan yaratmaq mümkündür”.

Penitensiar Xidmətdən Nigar Həzinin dedikləri, Yaqublunun səhhəti və saxlanma şəraiti ilə bağlı hələ münasibət almaq mümkün olmayıb. Qeyd edək ki, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq Yaqubluya qarşı cinayət işi başlayıb. Tofiq Yaqublu məhkəmədə həbsinə etiraz olaraq ölüm aclığına başladığını bildirib.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçirir. Bu haqda “Yeni Müsavat”a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi yaxın günlərdə Tofiq Yaqublunun azad ediləcəyinə ümidli olduqlarını açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153979

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930