Sabir Rüstəmxanlı: “Orada sərhəd-buraxılış məntəqəsi və gömrük postu qurulsun”

16.12.2022 - 12:08

“Şuşa-Xankəndi yolundakı aksiya davam etdirilməlidir”.

Cumhuriyyet.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında deyib.

O bildirib ki, bütün xalq bu aksiyaya dəstək verir və bu, xalqımızın iradəsinin nəticəsidir:

“30 ildir Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb, amma biz bunu humanitar fəlakət kimi dünyaya çatdıra bilmirik. Avropanın hansı ölkəsinin ərazisindən yol açmaq və oradan hərbi sursat daşımaq olar? Bunu hansı ölkə qəbul edər?”

Sabir Rüstəmxanlı aksiyada səsləndirilən tələbləri müdafiə edib: “Qarabağa gələn yolun üstündə sərhəd-buraxılış məntəqəsi və gömrük postu qurulsun. Ərazilərimizə nəzarət artırılmalıdır. Ermənilər 2020-ci il müqaviləsini qəbul etmirsə, deməli müharibənin başa çatmasını qəbul etmirlər”.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186493

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930