Bolqarıstanın müdafiə naziri BSU-da olub

27.09.2018 - 15:37

26.09.2018-ci tarixdə Bolqarıstanın Baş nazirinin ictimai asayiş və  təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub. Universitetin tələbələri qonaqları foyedə bolqar dilində salamladıqdan sonra Azərbaycanın və Bolqarıstanın milli rəqslərini təqdim ediblər.

Nümayəndə heyətini qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva Bolqarıstan Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikası ilə əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva bu gün dünya üçün ən vacib məsələ yer üzündə sülhün qorunub saxlanması olduğunu dilə gətirib. Rekltor qeyd edib ki, məhz sülh və əmin-amanlığın nəticəsidir ki, ölkələrimizdə gənclər yüksək səviyyədə təhsil ala bilirlər.

O, Azərbaycan Respublikası ilə  Bolqarıstan Respublikasının təhsil sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. N.Əliyeva bildirib ki, bu gün BSU-da 64 nəfər gənc  bolqar dilini, onun tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənir. O, əlavə edib ki, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir.

Rektor ötən il Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo və Bolqarıstanın Milli və Dünya Təsərrüfatı universitetlərində olduqlarını və həmin ali məktəblərdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb. O, bu dostluq və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Bolqarıstanlı qonaq öz növbəsində səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, Bolqarıstan dövlət rəhbərliyinin ölkələrimiz arasında dostluq və qardaşlığın genişlənməsi istiqamətində səylərindən danışıb. Nazir BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını da qeyd edib.

Daha sonra qonaqlar BSU–da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzində olublar. Qonaqlar burada müstəqillik dövrü Azərbaycanı ilə Bolqarıstan Respublikası arasında dostluq əlaqələrini əks etdirən eksponat və şəkillərlə tanış olublar. Görüşdə xatirə şəkilləri çəkilib.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123004

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930