Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması nəfis şəkildə nəşr olunub

01.10.2018 - 15:11

Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin ikinci böyük poeması olan “Xosrov və Şirin”i nəfis şəkildə çap etmişdir.KitabAMEA-nın gerçəkləşdirdiyi xüsusi layihəyə uyğun olaraqçapa tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Əməkdar rəssamı Fəxrəddin Əlinin poemadakı müxtəlif əhvalatlarla və obrazların düşdüyü situasiyalarıla bağlı çəkdiyi rəsmlər əsərin süjet xəttini tamamlamaqla bərabər, oxucunun hadisələrin cərəyan etdiyi tarixi dövrlə daha yaxından tanış omasına, bir növ hadisələrin iştirakçısına çevrilməsinə şərait yaradır.

Əsərinlayihə rəhbəri AMEA-nın Prezidenti, akademik Akif Əlizadədir. Nizami irsinin xalqımıza çatdırılması istiqamətində mühüm addım sayıla biləcək bu kitabaAMEA-nın vitse-prezidenti akademik İsa Həbbibəyli redaktorluq etmişdir.

AMEA-nın Humanitar bölməsinin rəhbəri, akademik Teymur Kərimli kitaba yazdığı geniş ön sözdə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının dünya ədəbiyyatındakı yerindən danışmışdır. Nizami yaradıcılığına yeni rakursdan baxmağın vacibliyini vurğulayan alim əsərdə türklüyü və türk ruhunu göstərən beyt və hissələr üzərində xüsusi dayanmışdır. O, sovet ideologiyasına əsaslanan ədəbiyyatşünaslığın Nizami əsərlərinin məzmun və mahiyyətini uzun illər təhrif etdiyini vurğulayır və Azərbaycanın müstəqil olduğu  hazırki dövrdə həmin səhvlərin düzəldilməsi istiqamətində görülən və görüləcək işlərə toxunmuşdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123145

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31