Qaz İxrac İdarəsində maaş problemi

18.10.2019 - 07:49

Redaksiyamıza Qaz İxrac İdarəsi Qazax Magistral Qaz Kəmərləri Sahəsində işləyən Məhəmməd Qasımov tərəfindən şikayət daxil olub. Həmin şikayəti olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Məhəmməd Qasımov SOCAR Qaz İxrac İdarəsi Qazax Magistral Qaz Kəmərləri Sahəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyirəm.238 azn maaş alıram və təbii ki,bu maaş məni qane etmir.Qaz İxrac İdarəsində mənim kimi bu maaşla,xidməti müqavilə ilə işləyən on minlərlə insanlar var.Problemimiz də maaşımızın artmaması ilə əlaqədardır.SOCAR işçilərinin maaşlarında 20% həmçinin bütün dövlət və hökumət qurumlarının maaşlarında artım oldu ancaq bu artımın bizə heç bir aidiyatı olmadı. Əksinə minumum əmək haqqı artanda bizim aldığımız 248 azn maaş 238 azn oldu. Idarəmizin yuxarı vəzifəli nümayəndələrindən,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən soruşanda ki, bizim maaşlarda niyə artım yoxdur?Deyirlər ki,siz xidməti müqavilə ilə işləyirsiniz,sizə maaş artımı şamil olunmur.Mən başa düşmürəm bu necə düşüncə tərzidir.Biz xidməti müqavilə ilə işləyən işçilər Azərbaycan Respublikasının vətəndaşı deyilikmi?Bizim də yaxşı maaş alıb yaxşı yaşamaq haqqımız var.Əslində maaşımızın az olması ilə əlaqədar bizə 100% maaş artımı şamil olunmalıdır.Ölkə prezidentinə müraciət edirik: Zəhmət olmasa, Qaz İxrac İdarəsində xidməti müqavilə ilə işləyən işçilərin maaşlarının artırılması ilə əlaqədar sərəncam imzalayasınız.Ümid edirik ki bu müraciətimiz əsaslı şəkildə öz həllini tapacaqdır.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134839

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930