Qaraqayadan erməni mövqeləri belə görünür – VİDEO REPORTAJ

27.07.2020 - 01:23

“Yeni Müsavat” Media Qrupunun Tovuz rayonuna ezam olunmuş reportyorları Qaraqaya yüksəkliyində olub. Cumhuriyyet.az Musavat.com-a istinadən İlkin Muradov və Məhəmməd Türkmənin Qaraqaya yüksəkliyindən hazırladığı reportajı təqdim edir.

Qeyd edək ki, rus jurnalist Semyon Peqov özünün hazırladığı bədnam videoreportajda Qaraqaya yüksəkliyinin ermənilərin nəzarətində olduğunu iddia edirdi. Jurnalistlərimizin hazırladığı reportaj Peqovun yalanlarını bir daha ifşa edir. Təqdim edəcəyimiz görüntülərdən də aydın olur ki, erməni mövqeləri Qaraqaya yüksəkliyində möhkəmlənən ordumuzun tam nəzarətindədir.

Jurnalistlər ordumuzun köməyi ilə Qaraqayadan erməni kəndlərini, örüş yerlərini, evləri, yolları bir-bir görüntüləyiblər. Ən əsası, ermənilərin post və səngərlərini yuxarıdan aşağıya doğru çəkiblər. Reportyorlar bu görüntüləri Azərbaycan postlarından qeyd ediblər. Yəni onların gördüklərini hərbçilərimiz də rahatlıqla görürlər…

Bütün ərazi və yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir!

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=150972

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930