AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

02.08.2020 - 18:09

Həftənin çərşənbə günü, avqustun 5-də, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.

AZAL-dan virtualaz.org-a verilən məlumata görə, Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.

Moskva-Bakı istiqamətində reysə isə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

– diplomatik və xidməti pasportu olan əcnəbilər;

– Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı https://www.azal.az/az/article/31082015 saytında qeyd edilmişdir.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.

Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:

– Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;

– Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;

– “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;

– Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;

– Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;

– “Təbabət” (“Medisina”) SC;

– “İNVİTRO müstəqil laboratoriyası” MMC;

– “Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;

– “Laborator-diaqnostika mərkəzi” MMC;

– “Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.

Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151617

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930