“Onu Elçin Babayev cəzalandırmalıdır “– YAP-dan açıqlama

22.08.2020 - 16:37

Xəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Abel Məhərrəmovla bağlı qərarı BDU-nun rektoru verməlidir:

“Abel Məhərrəmov YAP-ın üzvü olmağına baxmayaraq, BDU-nun “Üzvi kimya” kafedrasının müdiri olduğuna görə, onunla bağlı qərarı biz verə bilmərik. Karantin qaydasını pozduğuna, məclisdə iştirak etdiyinə görə onu BDU-nun rektoru Elçin Babayev cəzalandırmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152789

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930