Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi

01.09.2020 - 10:25

Azərbaycanda yaşlı qadını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia edilir.

“Report” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə ailədaxili mübahisə zamanı gənc kişinin yaşlı qadını (anası olduğu deyilir) söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər…” ifadəsini işlədib. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.

Sosial şəbəkədə paylaşılan videoda həmin şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edilir.

Hələ ki, hüquq-mühafizə orqanları məsələyə münasibət bildirməyib. Lakin “Report”un əldə etdiyi məlumata görə, həmin görüntülərlə bağlı polis araşdırmalara başlayıb.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930