Azərbaycan-Avropa Birliyi danışıqlarında nəticəsiz illər

09.09.2020 - 10:58

Razi Nurullayev: “Yaxın zamanlarda müqavilənin imzalanmasını gözləməyə dəyməz”

Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyi (AB) arasında ikitərəfli əməkdaşlıq sazişinin imzalanması üçün 3 ildən artıqdır ki, danışıqlar gedir. Hələ də bir nəticə əldə olunmayıb. Rəsmi Bakı, yoxsa Brüssel ucbatından sazişin ləngiməsi ilə bağlı səslənən fikirlər ən müxtəlifdir. Ekspertlərin çoxu hələ bundan sonra da bir müddət danışıqlarda müsbət nəticənin əldə olunmayacağını qeyd edirlər. Arqument kimi də hər iki tərəfin irəli sürdüyü şərtlər göstərilir.

Azərbaycanda siyasi mənsubiyyəti olan şəxslərdən son aylarda həbs edilənlərin olması və onları beynəlxalq qurumların çoxunun siyasi məhbus kimi qəbul etmələrinin də bu danışıqlara mənfi təsir edəcəyi vurğulanır. Xüsusilə günlər öncə Müsavat funksioneri Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsinin və bu məhkəmə qərarına Avropadan gələn sərt təpkilərin burada az rol oynamayacağı ehtimal edilir.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev danışıqların tezliklə yekunlaşmayacağını deyir: “Avropa Birliyi ilə Azərbaycan arasında gedən danışıqların uzanması hər iki tərəfin razılaşdıra, uzlaşdıra bilmədiyi məsələlər ucbatındandır. Avropa Birliyinin demokratiya, insan hüquqları, iqtisadiyyatın liberallaşdırılması məsələləri ilə bağlı müddəaları var ki, onlar bu sahələrdə Azərbaycanla müəyyən razılığa gəlmək istəyirlər. Azərbaycan isə bir çox məsələləri özünün daxili və milli maraqları səviyyəsində gördüyündən onların müddəalar şəklində ora daxil edilməsinə razı deyil. Onun üçün də Azərbaycanla Avropa Birliyi arasında məsələlərin tez bir zamanda razılaşdırıla bilinəcəyi fikrindən uzağam. Düşünmürəm ki, bu tezliklə baş verə bilər. Çünki tərəflər arasında kifayət qədər razılaşdırılmamış detallı məsələlər var.

Razi Nurullayev su problemi ilə bağlı çağırış etdi

Bunun üçün də yaxın zamanlarda müqavilənin imzalanmasını gözləməyə dəyməz. Əgər Azərbaycanla Avropa Birliyi arasında məsələlər artıq yekun həddə çatsa idi və ölkəmiz də orada razılaşdırılan məsələlərlə bağlı neqativ addım atsaydı, o zaman Tofiq Yaqublunun həbsi müqavilənin bağlanmasına maneçilik törədə, yaxud onu şübhə altına ala, gecikdirə bilərdi.  Amma indiki halda o qədər məsələlər var ki, onlar razılaşdırılmayıb. Tofiq Yaqublunun məsələsi isə bu məsələyə təsir etmək imkanlarına malik deyil”.

Sərdar Cəlaloğlu: “Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe olmalıdır” -  VİDEO

ADP sədri Sərdar Cəlaloğlu Avropa Birliyinə üzvlükdən daha çox Türk Dövlətləri Birliyinin yaradılmasını vacib sayır: “Öncəliklə onu deyim ki, Avropa Birliyinə üzvlük bir çox şərtlərin yerinə yetirilməsini tələb edir. Hansı ki, Avropa Birliyinə üzv olan hər bir ölkə Avropa standartlarını qəbul etməlidir. Bilirsiniz ki, 30 ildən artıqdır ki, Türkiyə Avropa Birliyinə üzv olmaq istəyir, amma hələ də birliyin qoyduğu şərtləri yerinə yetirib, başa çatdıra bilmir. Avropa Birliyinin Azərbaycan qarşısına qoyduğu bir çox şərtlər milli maraqlarımıza ziddir. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin dinc, sülh yolla həlli məsələsi faktiki olaraq Qarabağın ermənilər tərəfindən ilhaqına imkan yaratmağı tələb edir. Ona görə elə şərtlər var ki, Azərbaycan onu qəbul edə bilməz. Bir çox subyektiv amillər var ki, Azərbaycan dövlətinin mövqeyindən asılıdır. İnsan hüquq və azadlıqlarının qorunması, ölkədə demokratik seçkilər və s. Burada obyektiv səbəblər var. Avropa Birliyi ilə əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə mane olan amillər var ki, bura Rusiyanın təzyiqləri də aiddir. Bilirsiniz ki, Rusiya keçmiş SSRİ respublikalarının heç birinin Avropaya inteqrasiyasına yol vermək istəmir. Gürcüstan belə bir addım atdı və bu ölkəni işğal etdi. Ukrayna da bu yolla getdi, burada işğalçılıq siyasəti həyata keçirdi və bu ölkədə vətəndaş müharibəsi başlatdı. Hətta Belarusun bu istiqamətdə müəyyən cəhdləri oldu və bu ölkədə Kremlin nələr törətdiyi göz qabağındadır.

Ona görə də xarici faktoru da nəzərə almalıyıq. Hələlik Azərbaycanın Avropa Birliyinə inteqrasiyası həm zaman baxımından vaxtından tezdir, həm də şərtlər xeyrimizə deyil. Bu o demək deyil ki, Avropa Birliyinə üzv oldunsa, hər şey sənin xeyrinə olacaq. Vaxtilə Avropa Birliyini boşuna ”xristian klubu” adlandırmayıblar. Ona görə də bu klub daha çox xristianların maraqların təmin edilməsi şərtləri ilə ölkələri bura qəbul edirlər. Mənə elə gəlir ki, Avropa Birliyinə inteqrasiyadan daha çox biz Türk Dövlətləri Birliyini yaratmaqla, bunu Avropa Birliyi səviyyəsinə qaldırmalıyıq. Ən düzgün yol budur. Türkiyə də Avropa Birliyinə inteqrasiyadan imtina etməli vəTürk Birliyi yaradılmalıdır. Ondan sonra Türk Birliyi ilə Avropa Birliyi arasında ikitərəfli əməkdaşlıqdan söhbət gedə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153893

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930