Millət vəkili Qənirə Paşayeva akademik Vasif Babayevi təbrik etdi FOTO

19.09.2020 - 11:33

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb, Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib.

Musavat.com xəbər verir ki, Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın təkmilləşməsinə, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertlərə müəlliflik edib.

Vasif Babayev Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. O, rejissor köməkçisindən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin bədii rəhbəri vəzifəsinədək məsuliyyətli yüksəliş yolu keçib; onlarla  televiziya işçisi yetişdirib. Vasif Babayevin həyat və yaradıcılığı özlüyündə gənclər üçün bir nümunədir.

Onun yaradıcılığında ən böyük töhfə Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir.

Vasif Babayev indi də cəmiyyətdə fəal vətəndaş və ustad mövqeyi nümayiş etdirir, Vasif Babayevin çəkdiyi sonuncu film “Yüksəliş” olub (2015).

Hörmətli Xalq artistimizi bir daha təbrik edir, möhkəm can sağlığı arzulayırıq!

vasif.jpg (73 KB)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154543

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031