“Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub

20.09.2020 - 15:18

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Eurasia Review” nəşrində “Velvet populizmi” on illərdir davam edən Madrid prinsipləri üzrə danışıqlara son qoydu” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə bu yaxınlarda Ermənistan-Azərbaycan münaqişəsində baş verən son proseslərin münaqişənin həllində irəliləyişin olacağına dair inamları sarsıtdığı qeyd edilir. Bildirilir ki, 2019-2020-ci illər ərzində Ermənistan hökümətinin bir-birinin ardınca atdığı təxribatçı addımlar, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Azərbaycanın işal olunmuş ərazilərində hərbi təlimlərdə iştirakı, Ermənistan hakimiyyət dairələrində “Sevr prinsipləri”nin əhəmiyyətinə dair müzakirələrin aparılması və bu xüsusda Ermənistan hakimiyyətinin təxribatçı bəyanatları və hərəkətləri bir daha sübut edib ki, bu ölkə münaqişənin həllində maraqlı deyil.

Müəllif əlavə edir ki, xüsusən Ermənistan tərəfindən danışıqlar formatının dəyişdirilməsi cəhdləri, eləcə də 2018-ci ildən əvvəl hər hansı bir həll formulunun mövcudluğunun və münaqişənin mərhələli həlli yolunun nə vaxtsa danışıqlar predmeti olmasının inkar edilməsi və bütün bunların fonunda Ermənistanın hakim dairələrində Sevr müqaviləsinin Ermənistan üçün tarixi əhəmiyyətinin qabardılması danışıqlar prosesinə artıq öz mənfi təsirini göstərib.

“Ermənistanda 2018-ci il hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllində müsbət dinamika ola biləcəyinə dair Azərbaycan tərəfindən ümidlər səsləndirilməsinə baxmayaraq, sözügedən “məxməri inqilab” belə Ermənistan rəhbərliyinin milliyyətçi siyasətini dəyişdirə bilməyib. Görünür ki, hazırkı Ermənistan rəhbərliyi də öz sələflərinin həm daxili, həm də xarici siyasətini davam etdirmək əzmindədir. Bu, o deməkdir ki, münaqişənin həllində Ermənistandan hansısa konstruktiv addımlar gözləmək artıq real deyil”, – deyə məqalədə qeyd olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154589

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031