“Facebook”dan yenilik: bu məzmunlu statusları yazmaq olmayacaq

11.02.2021 - 16:16

“Facebook” şirkəti sosial şəbəkə platformasında siyasi məzmunlu informasiyaların sayını azaldacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Mark Zukerberq illik maliyyə hesabatını təqdim etdiyi çıxışında deyib.

“Facebook”un verdiyi məlumata əsasən, siyasi xarakterli informasiyalar şəbəkədə olan statusların içində təxminən 6%-lik payı tutur. Mark Zukerberq abunəçilərdən xəbər lentində bu cür informasiyaların sayının azaldılması ilə bağlı hər gün minlərlə istək aldıqlarını söyləyib. O, insanların əsas istəklərinin nədən ibarət olduğu barədə ciddi araşdırmalar apardıqlarını və tezliklə bir neçə testin keçiriləcəyini sözlərinə əlavə edib.

Şirkətin planına əsasən, şəbəkədə siyasi məzmunlu məlumatların azaldılması ilə bağlı ilk addım Kanada, Braziliya və İndoneziyada atılacaq. Amerikalılar tətbiq olunacaq yenilikləri hələ bir neçə həftə sonra hiss edəcəklər.

Bununla bərabər “Facebook” dövlət strukturları tərəfindən ötürülən informasiyaları, habelə koronavirusun yeni tipləri barədə verilən xəbərləri, o cümlədən səhiyyə orqanlarının elanlarını olduğu kimi çatdıracağını vəd edib.

Xatırladaq ki, “Facebook” şirkəti 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində xüsusilə Demokrat partiyasının nümayəndələri tərəfindən ciddi tənqidə məruz qalıb.

Belə ki, demokratlar həmin seçkilərdə Rusiya xüsusi xidmət orqanlarının kiberəməliyyatlarla sosial şəbəkədə on minlərlə saxta hesab və bot yaradaraq keçmiş prezident Donald Trampın lehinə reklam verdiklərini, onun rəqibi Hillari Klintonun isə qaralama kampaniyasına məruz qoyulduğunu söyləyirdilər. Buna görə, hətta Mark Zukerberq Senatda ifadə verməyə məcbur qalmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161231

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031