“İlk dəfə içki içdim, belə oldu”- Adam bıçaqlayıb Ukraynaya qaçan şəxsə 8 il cəza

03.03.2021 - 12:26

Sumqayıtda adam bıçaqladıqdan sonra ölkədən qaçan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı Vüsal Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror Vüsal Cahangirovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. V.Cahangirovun vəkili müdafiə çıxışında bildirib ki, müdafiə etdiyi şəxs əməlindən peşmandır və ilk dəfədir cinayət əməli törədib.

Özünü təqsirli bilən V.Cahangirov hadisəni spirtli içkinin təsiri altında törətdiyini deyib. Bildirib ki, ilk dəfə içki içirmiş və nəticəsi də belə olub. Hökmə əsasən V.Cahangirov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 18 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində baş verib.

V.Cahangirov aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirib. Hadisəyə səbəb birlikdə yeyib-içdikdən sonra tərəflər arasında söyüşə görə başlayan mübahisə olub. Hadisədən sonra V.Cahangirov ölkədən qaçıb. Onun ölkə hüdudlarını tərk etməsi ilə əlaqədar barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov ötən il noyabr ayında Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Qeyd edək ki, Vüsal Cahangirova qarşı qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq soyuq silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161675

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930