Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ EDİR

02.06.2022 - 12:11

 

Bu gün bir qrup qazi etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.

 

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər.

 

İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq açıqlama verib.

 

F.Talıbov deyib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır:

 

“Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub. Onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir. Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək. Qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Onların problemləri mütəmadi şəkildə həll olunur. Vəziyyət araşdırılacaq”.

 

F.Talıbov jurnalistlərin “Nazirin bu olanlardan xəbəri varmı” sualına cavabında bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bütün günü iş başındadır:

 

“Bütün tədbirlər və Qarabağ qazilərinin əlillik məsələsi birbaşa nazirin xüsusi diqqətindir. Eyni zamanda, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsilə bağlı tədbirlər mütəmadi görülür. Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış 3 min şəxsə əlillik təyin edilib. Bu məlumatları nazirliyin rəsmi saytından da əldə edə bilərsiz”.

 

Şöbə müdiri əlavə edib ki, həmin şəxslər birinci növbədə hərbi həkim komissiyasına müraciət etməlidirlər.

 

“Hər bir vətəndaşın sivil qaydada etiraz etmək, müraciət etmək hüququ var. Əgər məhkəmə qərarı varsa, heç kim onu bu hüquqdan məhrum edə bilməz. Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə “forma 88” sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir. Qeyd edim ki, əlilik təyinatı bütün xəstəliklərə görə aparılmır. Bununla bağlı Nazirlər Kabinetinin də qərarı var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176082

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930