Rövşən Nəcəf AFFA-ya, Orxan Sultanov isə “Neftçi”yə…
Azərbaycan futbolu böyük dəyişikliklərin astanasındadı. Artıq gələn ayın 2-də AFFA-ya kimin rəhbərlik edəcəyinə aydınlıq gələcək. Sport24.az xəbər verir ki, son günlər istər mətbuatda, istər futbol camiəsində, istərsə də sosial şəbəkələrdə müxtəlif namizədlərin adları çəkilir, ölkə futbolunun “sükanı arxasına” keçə biləcək potensial şəxslərin adı ətrafında müzakirələr gedir.
Məsələ ilə bağlı redaksizyamıza da müxtəlif səpkili informasiyalar daxil olur. Bu günlərdə AFFA-ya yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsasən, assosiasiyanın yeni prezintinin adı artıq müəyyənləşib. Bu şəxs SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdi. Mənbəmizin sözlərinə inansaq, aprelin 2-də məhz Rövşən bəy AFFA-nın rəhbəri postuna seçiləcək.
Bu yerdə ortaya sual çıxır. Bəs “Neftçi”nin Müşahidə Şurasının sədri kim olacaq? Söylənilənlərə inansaq, sədr kreslosu hazırda “ağ-qaralar”ın Müşahidə Şurasının üzvü, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanova tapşırılacaq.
Short URL: https://www.cumhuriyyet.net/?p=199083