Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında – Neçənci yerdəyik?

30.03.2024 - 12:54

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?” sərlövhəli məqalə dərc edilib. Qaynarinfo xəbər verir ki, tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşdığı göstərilib.

Bildirilib ki, QTİ dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır.

Məqalədə, həmçinin Azərbaycanın, eyni zamanda, cinayətkarlığın yayılma miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edildiyi faktı diqqətə çatdırılıb. Qeyd olunub ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbea” resursu tərəfindən tərtib edilib. Belə ki, sorğuda sakinlərdən gecə saatlarında şəhərdə tək gəzə bilib-bilmədikləri, polisin işindən razı olub-olmadıqları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.

Müəllif Azərbaycanı sinaqoqların qapılarının gün ərzində açıq qaldığı nadir ölkələrdən biri kimi xarakterizə edərək Ermənistanla münaqişəli vəziyyətə rəğmən Bakının mərkəzində erməni kilsəsinin mühafizə olunduğuna diqqət çəkib və Prezident İlham Əliyevin “Bu gün Azərbaycan təhlükəsizlik adasıdır” ifadəsinin gerçəklik olduğunu vurğulayıb.

Short URL: https://www.cumhuriyyet.net/?p=199750

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31