Sənədsiz evlərin qeydiyyatı ilə bağlı “əmlak amnistiyası” gözlənilir – VİDEO

17.05.2024 - 11:33

Bu ilin sonuna kimi sənədsiz evlərin dövlət qeydiyyatına alınması üçün yeni portalın istifadəyə veriləcəyi və “əmlak amnistiyası” gözlənilir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarmadasının payına düşür. Onun sözlərinə görə, bəzi evlər “əmlak amnistiyası”ndan kənarda qalacaq.

Ekspert deyir ki, paytaxtın Qaradağ, Binəqədi, Nərimanov, Xəzər, Sabunçu və Suraxanı rayonlarında qadağan olunmuş ərazilərdə təxminən 30 minə yaxın həyət evi inşa olunub. Ekspertin sözlərinə görə, bəzi ərazilərdə kommunikasiya xətlərinin yerini dəyişməklə həmin ərazilərdə tikilən evlərin sənədləşdirilməsi də müzakirə olunur.
Qeyd edək ki, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portal hazır vəziyyətə gətirilir. Daşınmaz əmlakla bağlı sənədlər elektron hökumət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200390

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930