“Ermənistan və Azərbaycan anlaşır” – “Vaşinqton Post”dan sensasion məqalə

23.03.2019 - 07:39

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması fürsəti yaranıb. Uzun illərdir davam edən nəticəsiz danışıqlardan sonra həllə yol aça biləcək dəyişikliklər diqqət çəkir. Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzetinin analitik materialında bildirilib.
Məqalədə bir il əvvəl Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə yol aça biləcəyinə toxunulub: “Bölgədə baş verən müsbət dəyişikliklər münaqişənin həlli ehtimalını artırır. Son zamanlarda cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının azalması da bundan xəbər verir. Üstəgəl, tərəflər bir-birinə qarşı azalan təhdidedici bəyanatları və münaqişənin həlli prosesinə dəyişən baxışları da müharibə ehtimalını zəiflədən, sülh sazişinin imzalanması ehtimalını yüksəldən faktorlar arasındadır. Görülən işlər, tərəflərin müzakirələri davam etdirmək istəyi də bura daxildir”.
Məqalədə qeyd edilib ki, münaqişə tərəflərinin qısa müddətli anlaşmalar yerinə, həll prosesinin sürətləndirilməsinə yönəlik işbirliyi qurmaq səyləri məsələnin dinc yolla həllinə kömək edəcək: “Digər yandan, münaqişənin həllinə təkan verə biləcək vasitəçilərin də prosesə cəlb edilməsi, Ermənistan və Azərbaycan arasında düşmənçiliyi azalda bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127465

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930