Lotu Qulinin “sağ əli”ndən Əli İnsanova cavab: “Yaşından utan…” – Video

25.03.2019 - 21:34

Tanınmış kriminal avtoritet, “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun sağ əli kimi mətbuatın gündəminə gələn Elnur Şuşalı Əli İnsovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Bizimyol.info xəbər verir ki, sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasından sonra verdiyi müsahibəsində səsləndirdiyi fikirlər kriminal avtoriteti də dilə gətirdi.
Sabiq nazir müsahibəqində qeyd etdiyi; “Mən həbsdə nə ailə üzvlərimlə, nə də nəvələrimlə görüşməmişəm. Belə yerdə oğru qanunlarına hörmət etmək lazımdır. Azərbaycan bu gün uçurumun dibindədir, onu bu vəziyyətdə xilas edə biləcək istənilən qüvvəyə mən dəstək verməyə hazıram, ancaq hər şey Allahın əlindədir. Bilmək olmaz mən onlara (müxalifəti nəzərdə tutur) qoşulacam, yoxsa onlar mənə qoşulacaq” fikirlərinə münasibət bildirən avtoritet Elnur Şuşalı deyib ki, Əli İnsanov yaşından utansın, o nazir olan zaman heç dövləti pisləmirdi: “Yaşından, başından utan. Hamı ailəsilə görüşür, telefonla da danışır. Mən siyasətçi deyiləm amma dövlətimi pisləyənə pis baxıram. Azərbaycanın çörəyini yeyib Amerikanı tərifləmə, ayıbdır. Nazir olanda heç vaxt dövləti pisləmirdin. Nəysə… Amma dövlərimi pisləyən kim olursa olsun, onun cavabını verərəm. Mən azərbaycanlıyam, fəxr edirəm dövlətimlə, bayrağımla”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127581

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930