Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada alqışlar qazandı

23.05.2019 - 09:02

Mayın 16-da Tallin şəhərində Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçirilib. “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçirilən bu tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, respublika və beynəlxalq müsabiqələr lauteatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun tarda ifa etdiyi “Qərənfil” romansı  (Vasif Adıgözəlov), “Cahargah” skertsosu (İlahə İsrafilova) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Qeyd edim ki, estoniyalı musiqiçilərlə birgə konsertimiz uğurlu keçdi, tamaşaçılar ifalarımızı çox isti qarşıladılar. Xüsusi ilə də, tar musiqi aləti Estoniyalı bəstəkarların diqqətini çəkdi və gələcəkdə onların milli musiqi alətləri ilə birlikdə duetlər şəklində ifa olunması barədə təkliflər aldıq. Müasir texnoloji imkanların köməyi ilə yaxın aylarda məsafələrdən canlı bağlantı ilə konsertlər təşkil etmək və s. məsələlər müzakirə olundu… Tədbirdə iştirakıma şərait yaradan təşkilatçılara, eləcə də çalışdığım Akademik Musiqili Teatrın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, – deyə A.İsmayılov səfər təəssüratlarından  danışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128492

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930