Gömrük Komitəsindən narazı sahibkar Gəncədə özünü yandırdı

18.06.2019 - 22:52

Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur. Gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər.
Daha çox qanunsuzluq ixrac olunan məhsulların gömrük rüsumu ilə bağlı olur. Bir sözlə, DGK rəhbərliyi islahat adı altında iş adamlarını, obrazlı desək, “çarmıxa” çəkir. Bütün bunlar iş yerlərinin bağlanmasına, sahibkarların ciddi narazılığına səbəb olur.
Cumhuriyyet.az yerli mediada yaılan məlumata istinadən bildirir ki,iyunun 18-də səhər saatlarında DGK-nın qanunsuz tələblərindən bezən iş adamı Qərb Ərazi Gömrük Baş İdarəsinin ( Gəncə şəhəri ) qarşısında özünü yandırıb. Mənbənin məlumatına görə, həmin iş adamı mobil telefonların adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş. Hadisə ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladlq. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, məsələni araşdırıb məlumat verəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128994

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930