Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edilib

19.07.2019 - 18:52

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv olunub.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.13-cü, 8.14-cü, 8.14-1-ci və 9.8-ci bəndləri ləğv edilib:

Dəyişikliklə, aşağıdakılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəzifələri sırasından çıxarılıb:

8.13. Valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;

8.14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirmək

8.14-1. Ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129905

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930