Karantin uzandı, Bakıdan rayonlara qaçış başladı – 3158 maşın geri qaytarıldı

04.07.2020 - 12:06

Karantin rejiminin uzadılması qərarından sonra yenidən Bakıdan rayonlara axın başlayıb.

Ötən gündən başlayaraq yüzlərlə sürücü paytaxtı tərk etməyə çalışıb. Nəticədə Bakıdan çıxış istiqamətlərində uzunluğu bir neçə yüz metrə çatan tıxaclar meydana gəlib.

Baş Dövlət Yol Polisi İdarəsindən veriən məlumata görə,03.07.2020-ci il saat 00:00-dan 04.07.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 910-u rayon, 790-u paytaxt istiqamətinə olmaqla 1700, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 27-i rayon, 127-i paytaxt istiqamətinə olmaqla 214, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 466-ı rayon, 778-i paytaxt istiqamətinə olmaqla 1244 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 3158 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev payatxtdan çıxışa məhdudiyyət qoyulduğunu dəfələrlə açıqlayıb. O, hətta rayon qeydiyyatı olan şəxslərin belə postlardan buraxılmayacağını deyib.

Portal üzrə icazəsi olanlar isə ancaq ezamiyyət sənədi ilə postlardan keçə biləcəklər. “Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149301

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930