Bakı-Naxçıvan reyslərinə bilet yeni üsulla satılacaq

06.08.2020 - 15:36

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək.

AZAL-ın Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:

– azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
linki vasitəsilə onlayn formanı doldurmaqla;

– (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151789

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930