Çimərliklərdə nəzarət tədbirləri davam edir FOTO

06.09.2020 - 16:18

Paytaxtda çimərlik mövsümünün sonu yaxınlaşmasına baxmayaraq, vətəndaşların çimərliklərə istirahətə gəlişi davam edir.

Musavat.com xəbər verir ki, bununla əlaqədar olaraq çimərliklərdə sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı  Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumları tərəfindən karantin şəraiti nəzərə alınaraq tədbirlər davam etdirilir, vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə bu barədə mütəmadi xəbərdarlıqlar edilir.  Artıq bir aydır ki, çimərliklər fəaliyyət göstərir və sakinlərimiz yaradılan şəraitdən razılıqlarını bildirirlər.

Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri ciddi nəzarətdə saxlanılıb, kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edirlər.  Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.

Çimərlik mövsümünün sonu yaxınlaşdığından şənbə və bazar günlərində bura insan axınının çox olması nəzərə alınaraq xüsusi növbətçilik yaradılıb, gündəlik reydlər keçirilir, çimərliklərin fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nəzarəti artirilib.

Çimərliklərə gələnlərin sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. İstirahətə gələn vətəndaşların sayını “Asan könüllüləri” qeydə alır və bura girişi tənzimləyirlər.

Görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımı tədbirlər həyata keçirilir.

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153683

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930