İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa…

19.09.2020 - 10:42

Sərdar Cəlaloğlu: “Əslində, hakimiyyət bu gedişlə Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi”

Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyasının Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə Anar Ələkbərova ətraflı məlumat verib.

Ölkə prezidentinin köməkçisinin bu gedişi sosial şəbəkələrdə və bəzi saytlarda “hakimiyyətlə Ramiz Mehdiyev arasında münasibətlər düzəldi, yoxsa bu gedişin əslində fərqli mənası vardı” kimi şərhləri meydana gətirib.

İqtidar Ramiz Mehdiyevi bağışladımı? Yoxsa hakimiyyət Mehdiyevlə konfrontasiyaya getməkdən yayındı? Anar Ələkbərovun AMEA-ya getməsinin digər siyasi anlamı varmı?

Bəzi yorumlarda bildirilir ki, Anar Ələkbərovun AMEA-ya göndərilməsi, Ramiz Mehdiyevin ona hesabat verməsi əslində Mehdiyevi kiçik göstərməkdir.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, əslində, hakimiyyət bu gedişlə Ramiz Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi: “Əvvəla, Ramiz Mehdiyev əgər o cür yüksək vəzifədən çıxarıldıqdan sonra çox aşağı bir vəzifəyə keçməyə razılaşıbsa, həmin aşağı ranqlı vəzifənin də davranışlarını nümayiş elətdirməyə borcludur. Akademiyanın prezidenti böyük bir siyasi post deyil. O, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və digər yüksək dövlət orqanlarına hesabat verməlidir. Yəni əgər Ramiz Mehdiyev istəmirdisə vaxtı ilə özündən dəfələrlə aşağı yerlərdə olmuş şəxslərin, orqanların təmsilçilərinin qarşısında ayaq üstə hesabat versin, gərək o, yaşını filanı nəzərə alıb AMEA prezidenti vəzifəsindən imtina edəydi.

Məsələnin ikinci tərəfinə və sualınıza gəlincə, mən hesab edirəm ki, əslində hakimiyyət bu gedişlə Ramiz Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi. Bununla göstərdilər ki, Ramiz Mehdiyevi iqtidarın siyasətinə tabe etdiriblər. Bu mesajın mahiyyəti budur ki, Ramiz Mehdiyev kiçik bir məmur kimi hökumətə tabedir və onun artıq əvvəlki kimi dövlətin həyatında funksiyası yoxdur. Odur ki, mən Anar Ələkbərovun AMEA-ya gedişini Ramiz Mehdiyevlə iqtidarın barışması və ya iqtidarın onun qarşısından geri çəkilməsi kimi yozmağın yanlış olduğunu düşünürəm. Nəzərə alın ki, Anar Ələkbərov Ramiz Mehdiyevə hesabat vermirdi, Ramiz Mehdiyev Anar Ələkbərova hesabat verirdi. Mən bu gedişi iqtidarın Mehdiyevə qarşı atdığı çox düşünülmüş siyasi addım olduğunu hesab edirəm. Bu, Ramiz Mehdiyev erasının bitdiyinin elan edilməsi idi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154536

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930